“Liverpul”un ulduzu Luis Diazın atasını qaçıran kolumbiyalı qadın-partizan Patrisiya olduğu bildirilir

“Liverpul”un ulduzu Luis Diazın atasını qaçıran kolumbiyalı qadın-partizan Patrisiya olduğu bildirilir

3 Noyabr 2023 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

“Liverpul”un ulduzu Luis Diazın atasını qaçıran kolumbiyalı qadın-partizan Patrisiya olduğu bildirilir

Hərbi qruplaşmanın sözlərinə görə, onlara böyük pul ödənilmədiyi halda, ata Luis Diazı azad etməyəcəklər.

Patrisiya haqqında onun hərbi formada çəkdirdiyi fotoşəkildən başqa heç bir məlumat yoxdur. Bildirilir ki, o, partizan karyerasına 2006-cı ildə başlayıb.O ,"ELN" sıralarından keçərək 6 dekabr Cəbhəsinin lideri, daha sonra Şimal Hərbi Cəbhəsinin yüksək rütbəli üzvü olub. Məlumata görə, Patrisiya 26 ili qəsb və adam oğurluğu da daxil olmaqla cinayət fəaliyyəti ilə maliyyələşdirən qəddar partizan təşkilatının fəal üzvü olub.
Dünən oğurluğun arxasında "ELN" qrupunun dayandığı təsdiqləyib.
"ELN" sözçüsü Xuan Karlos Kuellar, "Etiraf etməliyik ki, xəbərlərdə eşitdiyiniz vəziyyət doğrudur və "ELN" ata Diazı ən qısa zamanda azad edəcək".
"ELN" bir federasiya kimi fəaliyyət göstərir, onun regional bölmələri yüksək səviyyədə muxtariyyətə malikdir. Qrup tez-tez yerli ehtiyaclarına uyğun müxtəlif strategiyalar həyata keçirir.
Kolumbiya prezidenti Qustavo Petro hökumətin , atasını azad etmək üçün göstərdiyi səylərə əmin olmaq üçün Luis Diazla şəxsən danışdığını deyib.
"Liverpul"un ulduzu Luis Manuel Diazın qaçırılmasından qısa müddət sonra Kolumbiya Milli Polisinin direktoru ilə danışıb.
Dörd uşaq atası və həyat yoldaşı Silenis Marulanda şənbə günü günorta Kolumbiyanın Venesuela ilə sərhədi yaxınlığındakı La Quajira bölgəsindəki Barrankasda yanacaqdoldurma məntəqəsindən qaçırılıb.
Elit polis qüvvələri Luis Diazın atasının axtarışlarını Kolumbiya-Venesuela sərhəddində, Perija dağlarında cəmləyib. Səlahiyyətlilər məlumat üçün 40.000 funt-sterlinqə qədər mükafat təklif edirlər.
Çərşənbə axşamı günortadan sonra qohumları, dostları və xeyirxahları Barrankas küçələrinə çıxaraq onun azad edilməsini tələb ediblər. Yürüş yerli vaxtla saat 17:00-da başlayıb və Luis Diazın valideynlərinin evində başa çatıb. Küçə nümayişindən əvvəl çıxış edən yerli mağaza sahiblərindən biri dedi: “Biz Luis Diazın atası Mane Diazın tezliklə azad edilməsini tələb edirik". “Biz onun Barrankasa qayıtmasını istəyirik. O, ailəsinin yanına qayıtmalıdır”.
Mülki şəxslərin oğurlanması "ELN"-nin ənənəvi təcrübəsidir. 2018-ci ilin yanvarında üsyançı qrup Kolumbiyanın şimalında bir neft mühəndisini oğurlamışdı. O, 41 yaşlı Andres Riano Ravelo idi.
Kolumbiya ordusunun məlumatına görə, qrup 2017-ci ilin iyununda iki hollandiyalı jurnalisti oğurlayıb.
İyun ayında hökumətlə atəşkəs haqqında razılığa gəldikdə, "ELN" cinayətləri "lazım olduqda" həyata keçirməyə davam edəcəyini söylədi və bunları qrupun "maliyyəsi" üçün vacib adlandırdı. Qrupun müzakirəçisi o zaman demişdi: “Biz adam oğurluğundan danışmırıq, həbsdən danışırıq. Əgər bunlar lazım deyilsə, olmayacaq”.
Marksist-Leninist "ELN" və ya Milli Azadlıq Ordusu 1964-cü ildə Kubadakı kommunist inqilabından ilhamlanan radikal katoliklər tərəfindən yaradılmışdır.

E.Axund