"Stockholm United FM 2023" beynəlxalq minifutbol turnirininin qalibi Ukrayna komandası olub

"Stockholm United FM 2023" beynəlxalq minifutbol turnirininin qalibi Ukrayna komandası olub

28 Noyabr 2023 12:35
Bəyəndim (2) Bəyənmədim (0)

Milli diasporlar və ictimai təşkilatlar arasında Stokholmda keçirilən "Stockholm United FM 2023" beynəlxalq minifutbol turnirinə yekun vurulub. Beynəlxalq minifutbol turnirində dünyanın 16 ölkəsini təmsil edən mini futbol komandaları iştirak edib. Azərbaycanımızın yaxın dostu, onu ürəkdən sevən həmyerlimiz, İsveçdə yaşayan və ölkəmizi burada şərəflə təmsil edən tanınmış məşqçi Rüfət Əhmədovun Oxuməni.az saytına verdiyi xəbərə görə, oyunlar olduqca gərgin mübarizə şəraitində keçib. Yarımfinalda Ukrayna İsveçə 1:0, Nigeriya isə Estoniyaya 2:1 hesabı ilə qalib gəlib. Finalda Ukrayna Nigeriyaya 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Rüfət Əhmədovun sözlərinə görə gələn il keçiriləcək növbəti "Stockholm United FM 2024" minifutbol turnirində Azərbaycan komandası da iştirak edəcək. Komandamızı bu mötəbər yarışa həmyerlimiz, tanınmış məşqşi Rüfət Əhmədov hazırlayacaq. İndidən Rüfət müəllimə və komandamıza uğurlar arzulayırıq.

"Stockholm United FM 2023" turnirinin nəticələri ilə oxucularımızı tanış edirik:

"Stockholm United FM 2023"

Fredag 20 oktober
Örvallen

BRA - UZB 0 : 0
COL - LAT 0 : 3
ALB - ECU 2 : 6
POL - BOS 1 : 3
EST - SVE 3 : 1
GEO - KAZ 3 : 2
KRO - NIG 0 : 1
KGZ - UKR 0 : 4

Lördag 21 oktober
Örvallen

LAT - BRA 2 : 1
SVE - ECU 3 : 2
ALB - SVE 0 : 3
EST - ALB 3 : 0
COL - UZB 4 : 0
KAZ - POL 2 : 1
UKR - KRO 1 : 0
BOS - GEO 3 : 3
KGZ - KRO 2 : 0
UZB - LAT 1 : 1
ECU - EST 0 : 3
BOS - KAZ 6 : 1
BRA - COL 1 : 1
POL - GEO 3 : 4
NIG - UKR 1 : 0
NIG - KGZ 4 : 3

Söndag 22 oktober
Örvallen

1/4

EST - COL 2 : 1
SVE - LAT 4 : 1
BOS - UKR 1 : 1 Str ( 3 : 4 )
GEO - NIG 3 : 4

Semifinal

SVE - UKR 0 : 1
EST - NIG 1 : 2

Final

UKR - NIG
2 : 1