Ronaldoya qarşı 1 milyard dollar təzminat iddiası

Ronaldoya qarşı 1 milyard dollar təzminat iddiası

30 Noyabr 2023 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliyalı futbolçu Cristiano Ronaldo, dünyanın ən böyük kriptovalyuta birjası olan «Binance» üçün reklamına görə ABŞ-da 1 milyard dollar dəyərində cinayət işi ilə üzləşib.

BBC-nin məlumatına görə, iddiaçılar Ronaldonun kriptovalyutalara sərmayə qoymağa təşviq edən «Binance» reklamının onlara maliyyə itkisi hesabına başa gəldiyini deyirlər.

Şikayətçilər 1 milyard dollardan çox təzminat tələb edirlər. Xatırladaq ki, «Binance», 2022-ci ilin noyabrında Ronaldo ilə birlikdə ilk "CR7" kimi işlənə bilən kriptovalyuta (NFT) kolleksiyasını ictimaiyyətə təqdim etmişdi. Təqdimat zamanı futbolçunun azarkeşlərinin "dəstəklərinə görə" mükafatlandırılması da qeyd olunmuşdu.

Oxuməni.az