Neymar və onun keçmiş sevgilisi arasında cinsi əlaqə müqaviləsi ortaya çıxıb

Neymar və onun keçmiş sevgilisi arasında cinsi əlaqə müqaviləsi ortaya çıxıb

1 Dekabr 2023 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bruna Biankardi sevgilisi Neymarın modeldən çılpaq fotolarını istəməsindən sonra ayrılıb. Bundan sonra ikisi arasında bağlanan cinsi əlaqə müqaviləsi ortaya çıxıb. Müqavilədə Neymara başqa qadınları dodaqlarından öpmək qadağan edilib və onun qorunması müqabilində başqa qadınlarla cinsi əlaqədə ola biləcəyi bildirilir.

Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına transfer olunan və daha sonra Braziliya millisində zədələnən Neymar mövsümü başa vurub. Braziliyalı ulduz çılpaq fotolarını modeldən tələb etdikdən sonra sevgilisi Bruna Biancardi ilə ayrılarkən, ikisi arasında maraqlı bir müqavilə ortaya çıxıb.

Alman mətbuatında yer alan xəbərə görə, Neymar və Bruna Biankardi arasında cinsi əlaqə müqaviləsi imzalanıb. Bu müqavilədəki maddələrə görə, Neymarın başqa qadınları dodaqlarından öpməsi qadağandır, lakin braziliyalı ulduz qorunmaq şərti ilə bu qadınlarla cinsi əlaqədə ola bilərdi.

Əgər Neymar bu müqavilədəki iki maddəyə əməl edirdisə, Biancardi onun istədiyi qadınla olmasına irad bildirə bilməzdi…

Oxuməni.az