Futbolçuların üzərinə bibər qazı sıxıldığı üçün baş verənlər daha dəhşətli oldu

Futbolçuların üzərinə bibər qazı sıxıldığı üçün baş verənlər daha dəhşətli oldu

5 Dekabr 2023 06:48
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstan superliqasında mübarizə aparan "Olimpiakos" və "Volos" komandaları arasında keçirilən oyunda VAR qərarı səbəbiylə yaşanan hadisələrə müdaxilə edən polis, səhvən futbolçuların üzərinə bibər qazı sıxıb.

"Olimpiakos" və "Volos" komandaları arasındakı oyunda VAR qərarından sonra başlayan hadisələrə müdaxilə etmək istəyən polis səhvən futbolçuların üzərinə bibər qazı sıxıb. Oyunçular qazdan ciddi təsirləndiyi üçün oyun yarımçıq dayandırılıb.

88-ci dəqiqədə oyun hələ 2-2 olarkən Olimpiakosun vurduğu qol oyundankənar vəziyyətə görə VAR tərəfindən geri qaytarılıb. Bundan sonra Olimpiakos azarkeşləri meydana daxil olmaq istəyiblər. Polisin azarkeşlərə atmaq istədiyi bibər qazı futbolçulara tərəf gedib. Qazdan təsirlənən futbolçular nəfəs almaqda çətinlik çəkiblər. Hakim oyunu yarımçıq qoyub və futbolçuları paltardəyişmə otağına göndərib. Bəzi futbolçular paltardəyişmə otağının dəhlizində huşunu itirib. Tibbi müdaxilə və oksigen əlavəsindən sonra futbolçular özlərinə gəliblər. Daha sonra hakim komandaları meydana çıxararaq oyunu qaldığı yerdən davam etdirib və görüş 2-2 hesabı ilə başa çatıb.

Oxuməni.az (Mənbə: Haberler.com)