Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını 2024-cü il Olimpiadasında neytral şəkildə iştirak etməyə çağırıb

Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını 2024-cü il Olimpiadasında neytral şəkildə iştirak etməyə çağırıb

6 Dekabr 2023 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

İdman federasiyaları və Olimpiya Komitələri BOK-dan Rusiya idmançılarının 2024-cü il Olimpiadasında neytral iştirakına icazə verməyi xahiş ediblər.

Beynəlxalq idman federasiyaları və milli olimpiya komitələri Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiya Oyunlarına neytral bayraq altında buraxılmasına çağırış ediblər.

İsveçrənin Lozanna şəhərində keçirilən Olimpiya Zirvə toplantısında Beynəlxalq Olimpiya Komitəsinə edilən müraciətdə məsələyə "mümkün qədər tez" aydınlıq gətirilməsi istənilib.

BOK bir daha bəyan edib ki, Ukraynaya qarşı müharibədə Rusiya və onun müttəfiqi Belarus idmançılarının gələn ilin yayında yarışmasına icazə verilib-verilməməsi ilə bağlı yekun qərarı “uyğun vaxtda” verəcək.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu başlayandan bəri Rusiya və Belarus idmançıları çoxsaylı idman növləri üzrə sanksiyalarla üzləşiblər.

Oxuməni.az