FİFA ən yaxşı məşqçisi adına 3 nəfər namizəddir

FİFA ən yaxşı məşqçisi adına 3 nəfər namizəddir

14 Dekabr 2023 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA-nın ən yaxşı kişi məşqçisi mükafatına namizədlər siyahısında üç namizəd qalıb. Bu barədə təşkilatın mətbuat xidməti xəbər verib.

Mükafat üçün namizədlər arasında "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, "İnter"in baş məşqşisi Simone İnzaqi və "Napoli"yə və hazırda isə İtaliya millisinə rəhbərlik edən Luçano Spalettinin adı var.

“Mançester Siti”nin baş məşqçisi ötən mövsüm komandasına 3 mükafat qazandırıb. Şəhərlilər Çempionlar Liqasının qalibi olub, ölkə çempionu titulunu əldə edib və İngiltərə Kubokunu qazanıb. Qvardiola həm də Premyer Liqada mövsümün ən yaxşı məşqçisi seçilib.

Simone İnzagi “İnter”lə Çempionlar Liqasının finalına yüksəlib və İtaliya kubokunu qazanıb.

Luciano Spalletti "Napoli"ni A Seriyasına çıxarıb və o, İtaliya çempionatında mövsümün ən yaxşı məşqçisi kimi də tanınıb.

Ötən il “Ən yaxşı məşqçi” adına Argentina millisi ilə Qətərdə keçirilən dünya çempionatının qalibi olmuş Lionel Skaloni layiq görülüb.

“Ən yaxşı FİFA qadın məşqçisi” kateqoriyasında üç finalçı da məlum olub. Bunlar "Barselona"nın baş məşqçisi Conatan Giraldes, "Çelsi"nin baş məşqçisi Emma Hayes və İngiltərənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Sarina Uiqmandır.

Oxuməni.az