Qalatasaray-Fənərbaxça oyunu ləğv edilib

Qalatasaray-Fənərbaxça oyunu ləğv edilib

30 Dekabr 2023 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Qalatasaray-Fənərbaxça oyunu ləğv edilib. Oyunçulara oyunun keçirilməyəcəyi bildirilib. Son dəqiqə məlumatlarına görə, Qalatasaray və Fənərbaxça Atatürkün təsvirləri olan köynək geyinmələrinə icazə verilmədiyi üçün oyunu oynamamaq və Türkiyəyə qayıtmaq qərarına gəliblər. Hadisədən sonra Ər-Riyadda keçiriləcək oyun təxirə salınıb.

Qalatasaray Futbol Komandası təxirə salınan oyundan sonra vətənə qayıtmaq üçün yola düşüb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Əl-Əvval Parkda Fənərbağça ilə qarşılaşacaq sarı-qırmızılılar oyun təxirə salındıqdan sonra qaldıqları oteldən ayrılıblar.

Geri qayıdan nümayəndə heyətinə prezident Dursun Özbek, menecerlər, texniki heyət və futbolçular daxil olub. Sarı-qırmızılı futbolçulardan bəziləri məzuniyyətdə olduqları üçün müxtəlif nəqliyyat vasitələri ilə oteli tərk ediblər. Mənbədən verilən məlumata görə, Qalatasaray komandasının İstanbula gecə saatlarında gəldiyi bildirilib.

Oxuməni.az