Bellinqhem CIES-ə görə dünyanın ən bahalı futbolçusu olub

Bellinqhem CIES-ə görə dünyanın ən bahalı futbolçusu olub

5 Yanvar 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

“Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqhem Beynəlxalq Futbolda İdman Araşdırmaları Mərkəzinin (CIES Football Observatory) versiyasına görə ən bahalı futbolçuların reytinqinə başçılıq edir.

Mənbəyə görə, Kral Klubunun futbolçusunun dəyəri 267,5 milyon avrodur. İkinci yerdə “Mançester Siti”nin hücumçusu Erlinq Haaland qərarlaşıb. Norveçlinin qiyməti 251,2 milyon avrodur.Üçüncü yerdə "Real Madrid"in vingeri Vinisius Junior (250,3 milyon avro) qərarlaşıb. Dördüncü yerdə Madrid klubunun digər futbolçusu Rodriqo Qoes (247,9 milyon avro) qərarlaşıb. Ən bahalı futbolçular beşliyini London "Arsenal"ının futbolçusu Bukayo Saka (223 milyon avro) qapayır.

Xatırladaq ki, Bellinqhem ötən yay 103 milyon avroya "Borussiya Dortmund"dan "Real Madrid"ə keçib. Bu mövsüm yarımmüdafiəçi "Real Madrid"in heyətində bütün turnirlərdə 22 oyun keçirib və 17 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.

Oxuməni.az