Putin amerikalı boksçu Kevin Consona Rusiya vətəndaşlığı verib

Putin amerikalı boksçu Kevin Consona Rusiya vətəndaşlığı verib

9 Yanvar 14:06
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Consona Rusiya vətəndaşlığı verib. Müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Conson 2023-cü ilin aprelində Vyaçeslav Datsik üzərində qələbə çaldıqdan dərhal sonra Rusiya prezidenti Vladimir Putinə vətəndaşlıq istəyi ilə müraciət edib. 44 yaşlı boksçu peşəkar səviyyədə 60 döyüş keçirib, bu döyüşlərdə 36 qələbə (20-si nokaut), 22 məğlubiyyət alıb, iki döyüş isə heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, SKA klubunun kanadalı hücumçusu Brendan Laipsik də Rusiya vətəndaşlığını alıb.

29 yaşlı Laipsiç 2020-ci ildən KHL-də çıxış edir. Kanadalı CSKA-da bir mövsüm keçirib, sonra iki il Magnitogorskun Metallurq klubunda oynayıb. Ümumilikdə, Laipsiç KHL müntəzəm çempionatlarında 153 oyun keçirib və 103 (38+65) xal toplayıb. 2023-cü ilin iyununda xokkeyçi SKA ilə iki illik müqavilə imzalayıb və ötən il iyul ayının əvvəlində Rusiya vətəndaşlığı almaq üçün müvafiq qurumlara müraciət edib.

Oxuməni.az