Real Madrid "Barselona"nı məğlub edərək İspaniya Superkubokunu qazanıb

Real Madrid "Barselona"nı məğlub edərək İspaniya Superkubokunu qazanıb

15 Yanvar 09:21
Bəyəndim (0) Bəyənmədim (0)


"Real Madrid"in futbolçuları İspaniya kubokunun final oyununda "Barselona"nı 4:1 hesabı ilə məğlub ediblər.

Oyunun 7, 10 və 39-cu (penalti) dəqiqələrində Vinisius Junior üç qol vurub. "Real"ın heyətində daha bir qolu 64-cü dəqiqədə Rodriqo vurub. "Barselona"nın heyətində 33-cü dəqiqədə Robert Levandovski fərqlənib.

Beləliklə “Real” 13 dəfə İspaniya Superkubokunun qalibi olub və bu göstəriciyə görə ikinci yerdədir. Barselona isə “Real”dan bir dəfə çox, 14 dəfə superkubokun sahibi olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında “Dördlər finalı” formatında İspaniya Superkuboku keçirilib. Yarımfinalda “Real” “Atletiko”ya 5:3, “Barselona” isə “Osasuna”ya 2:0 hesabı ilə qalib gəlib.

Oxuməni.az