Türkiyə məhkəməsi israilli futbolçunu ittiham edib

Türkiyə məhkəməsi israilli futbolçunu ittiham edib

15 Yanvar 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə “Antalyaspor” klubunda çıxış edən israilli futbolçu Saqiv Yehezkel “ictimai olaraq düşmənçiliyi və nifrəti qızışdırmaq”da ittiham olunub.

Bazar günü keçirilən oyundan sonra o, qol vurduqdan sonra televiziya kamerasına qolunda "100 gün. 7.10" yazısı olan sarğısını göstərib. O, daha sonra polisə izahat verib ki, heç bir təxribat etmək niyyətində deyil, müharibənin əleyhinə olduğu üçün yazını telefoto obyektiv vasitəsilə göstərib.

Onun bu hərəkəti Türkiyədə hiddətə səbəb olub. "Antalyaspor" rəhbərliyi Yehezkelin komandadan kənarlaşdırıldığını açıqlayıb və onunla müqaviləni ləğv edəcəyinə söz verib.

Oxuməni.az