Dünya Köçəri Oyunları  Astanada keçiriləcək-Video

Dünya Köçəri Oyunları Astanada keçiriləcək-Video

19 Yanvar 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Beşinci Ümumdünya Köçəri Oyunları 2024 sentyabrın 8-dən 14-dək Astanada keçiriləcək.

Yarışlarda 100-dən çox ölkədən 4 minə yaxın oyunçu iştirak edəcək. İdman yarışlarını və mədəni tədbirləri 100 mindən çox turistin izləyəcəyi gözlənilir.

Oyunlara milli güləş növləri, ənənəvi intellektual oyunlar, döyüş idman növləri üzrə yarışlar, oxatma, quş ovu milli növləri, at yarışları, xalq oyunları daxildir. Astanada hər bir ziyarətçi qazax xalqının mədəniyyəti və adət-ənənələri, eləcə də iştirakçı ölkələrin orijinal mədəniyyəti ilə tanış ola biləcək “Köçərilər Kainatı” etnoaul açılacaq.

Hər gün 30 minə qədər paytaxt sakini və qonağı etno-aulu ziyarət edə biləcək.

Oxuməni.az