“Roma”dan qovulan Mourinyo "Əş-Şabab" futbol klubunun baş məşqçisi olacaq

“Roma”dan qovulan Mourinyo "Əş-Şabab" futbol klubunun baş məşqçisi olacaq

19 Yanvar 19:33
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliyalı baş məşqçi Joze Mourinyo Səudiyyə Ərəbistanının “Əş-Şəbab” komandasına rəhbərlik etməyə razılaşıb. Bu barədə “Aawsat” xəbər verir.

Mənbənin məlumatına görə, Mourinyo “Əş-Şabab”ın idman direktoru Dominiko Tite ilə videogörüş keçirib. Bildirilir ki, onun namizədliyi artıq Səudiyyə Peşəkar Liqasının işə qəbul komitəsi tərəfindən təsdiqlənib. Mourinyonun müqavilə şərtlərini tamamlamaq üçün yaxın günlərdə Ər-Riyada uçacağı gözlənilir. Komanda hazırda bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 11-ci pillədə qərarlaşıb. Klub 10 ildir ki, kubok qazanmır.

Yanvarın 16-da İtaliyanın “Roma” klubu Mourinyonun baş məşqçi postunu tərk etdiyini açıqlayıb. O, 2021-ci ilin may ayından bu klubda çalışır. Portuqaliyalı 2021/22 mövsümündə komandanı Konfrans Liqasında qələbəyə aparıb. Ötən mövsüm “Roma” Avropa Liqasının finalçısı olub.

Mourinyo “Çelsi”, “İnter”, “Real Madrid”, “Mançester Yunayted” və “Tottenhem”dəki işi ilə tanınır. “Çelsi” ilə üç dəfə İngiltərə çempionu, “İnter”lə iki dəfə İtaliya çempionu, “Real Madrid”lə bir dəfə La Liqanın qalibi olub.

Oxuməni.az