Futbol üzrə Qazaxıstan millisinin hücumçusu karyerasını Türkiyədə davam etdirəcək

Futbol üzrə Qazaxıstan millisinin hücumçusu karyerasını Türkiyədə davam etdirəcək

2 Fevral 20:27
Bəyəndim (0) Bəyənmədim (0)


Futbol üzrə Qazaxıstan yığmasının hücumçusu Abat Aymbetov Türkiyə Superliqasında çıxış edən “Adana Dəmirspor” klubu ilə müqavilə imzalayıb. Futbolçu kluba azad agent kimi keçib. Müqavilənin müddəti 2025-ci ilin iyun ayına qədərdir.

28 yaşlı qazaxıstanlının hücum xəttindəki tərəfdaşları arasında hazırda zədəli olan İtaliya millisinin hücumçusu Mario Balotelli də var.

23 turdan sonra 31 xalla Türkiyə Superliqasında səkkizinci pillədə qərarlaşan "Adana Dəmirspor" isə turnirin bürünc medalı (üçüncü yerdə olan "Trabzonspor"la fərq 6 xaldır) və Avropa çempionatına vəsiqə uğrunda mübarizəni davam etdirir.

Aimbetov Türkiyə çempionatında ikinci qazaxıstanlı futbolçu olacaq. Bundan əvvəl, keçən ilin avqustunda Bəxtiyor Zaynutdinov Moskvanın ÇSKA-sından İstanbulun Beşiktaş klubuna keçmişdi.

Abat Aymbetov Aktobenin məzunudur. Müxtəlif vaxtlarda Qazaxıstan çempionu olduğu "Aktobe", "Kayrat", "Astana", həmçinin "Krılya Sovetov"da çıxış edib. O, ötən mövsümü "Astana"da keçirib və onunla Qazaxıstan çempionatında gümüş medallar qazanıb. Aymbetov Qazaxıstan millisinin heyətində 35 oyun keçirib və 9 qol vurub.

Oxuməni.az