Alman futbolunun əfsanəsi Andreas Brehme 63 yaşında dünyasını dəyişib

Alman futbolunun əfsanəsi Andreas Brehme 63 yaşında dünyasını dəyişib

21 Fevral 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya futbolunun əfsanəvi adlarından olan keçmiş futbolçu və məşqçi Andreas Brehme 63 yaşında dünyasını dəyişib.

1990-cı ildə Almaniyanın dünya çempionatının simvollarından biri olan Andreas Brehme 63 yaşında vəfat edib.

Brehme 1990-cı ildə İtaliyada keçirilən Dünya Kubokunda penaltidən vurduğu qolla Almaniya yığmasını çempion edib. Milli komandasında 86 beynəlxalq oyun keçirib və 8 qol vurub.

Nailiyyətləri 1990 -cı ildə Dünya Kuboku, 2 dəfə Bundesliqa, 1 dəfə A Seriyası, 1 dəfə UEFA Kuboku, 1 dəfə Almaniya Kuboku, 2 dəfə Almaniya Superkuboku və 1 dəfə İtaliya Super Kuboku olmuşdur.

Oxuməni.az