“Qarabağ"ın 1/8 finaldakı 8 potensial rəqibi

“Qarabağ"ın 1/8 finaldakı 8 potensial rəqibi

23 Fevral 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

“Qarabağ"ın 1/8 finaldakı 8 potensial rəqibi və püşkatmanın vaxtı

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi zamanı bilinəcək.

QOL.az xəbər verir ki, "pley-off"da "Braqa" (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan "Qarabağ" da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu mərhələdə "pley-off"un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış "Bayer" də (Almaniya) var.

Ümumilikdə Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyarreal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Slaviya" (Çexiya)

Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.

Oxuməni.az