Kadi Borjesin baş məşqçisi istefaya göndərilib

Kadi Borjesin baş məşqçisi istefaya göndərilib

13 Mart 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" futbol komandasının keçmiş oyunçusu, 5 milyon avroya Rusiyanın " Krasnodar" klubuna transfer edilən Kadi Borjesin baş məşqçisi vəzifəsi ilə vidalaşmalı olub. Buna səbəb "Krasnodar" klubunun son oyunlarda zəif nəticələr göstərərk liderliyini itirməsidir.

Qeyd edək ki, Vladimir İviç “Krasnodar” futbol klubunu 2023-cü il yanvarın 3-dən çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında “Krasnodar” bir çox uğurlara imza atıb. Bununla belə son turlardakı uğursuzluq İviçin istefaya göndərilməsinə gətirib çıxarıb.

Bundan əlavə məşqçilik karyerası dövründə İviç Yunanıstanın PAOK, İsrailin “Makkabi”, həmçinin İngiltərənin "Uotford" klublarını çalışdırıb.

Oxuməni.az