“Bayer” əmindir: “Qarabağ”ı udacaq, liqanın qalibi olacaq

“Bayer” əmindir: “Qarabağ”ı udacaq, liqanın qalibi olacaq

14 Mart 20:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Bayer" "Qarabağ"la bu gün keçiriləcək oyundan əvvəl sosial şəbəkə hesablarında paylaşım edib.

Yenisabah.az xəbər verir ki, "Oyun günü" adı ilə təqdim olunan paylaşımda hər iki klubun loqosu və leverkuzenli oyunçular yer alıblar. Bundan başqa, şəkildə çamadanın və onun üzərində Avroliqa Liqasının kubokunun əks olunması da diqqət çəkib.

Bununla "Bayer"in çamadanını artıq indidən hazırladığını, nəinki "Qarabağ"ı adlayacağı, həm də liqanın qalibi olacağının da mesajını verib.

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" oyunu bu gün yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) başlanacaq. Bu komandaların Bakıdakı ilk görüşü 2:2 hesabı ilə yekunlaşıb.

Oxuməni.az