“Qarabağ” səfərdə “Leverkuzen”-i qorxutmağı bacardı

“Qarabağ” səfərdə “Leverkuzen”-i qorxutmağı bacardı

15 Mart 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə "Qarabağ" komandası Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Leverkuzen" komandasına əlavə vaxtda buraxdığı qollarla 3:2 hesabı ilə uduzub. Ümumi hesabı 5-4-ə çatdıran Almaniya təmsilçisi Avropa Liqasının 1/4 finalına yüksələn tərəf olub.

Bakıda keçirilən ilk oyundan sonra 2:2 hesabı ilə heç-heçə oyun göstərən “Qarabağ” səfərdə Leverkuzenə 3:2 hesabı ilə uduzaraq kubokdan kənarlaşdırılıb. İlk hissəsi 0:0 hesabı ilə bitən görüşdə "Qarabağ" 58-ci dəqiqədə Abdullah Zubirlə önə keçə bilib. Juninyo 67-ci dəqiqədə fərqi 2-yə çatdırıb.

Son dəqiqələrdə meydan sahibləri 10 nəfərlə qalan rəqibinə güclü təzyiq göstəriblər. 72-ci dəqiqədə fərq 1-ə endirə biliblər. Leverkuzen 90+3 və 90+7 sonrakı dəqiqələrdə əlavə qolları ilə 3-2 hesablı qələbə qazanaraq adlarını növbəti mərhələyə yazdırıblar.

"Qarabağ" komandası ilk görüşdə 2-0 öndə olsa da, son saniyələrdə vurulan qollarla meydandan 2-2 bərabərə ayrılıb. "Leverkuzen" bu mövsüm 36 rəsmi oyunda qələbə qazansa da, “Qarabağ”-ın belə oyun göstərəcəyini gözləmirdi...

Oxuməni.az