Parisdə əfsanəyə çevrilən Qırğız boksçu- Munirbək Seyidbək oğlu

Parisdə əfsanəyə çevrilən Qırğız boksçu- Munirbək Seyidbək oğlu

17 Avqust 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğız boksçu (yüngül çəkidə) Munirbək Seyidbək oğlu Parisə məşqçisi və sekundantı olmadan gəldi. O, yarışa Olimpiyadaya 2 ay qalmış vəsiqə qazandı. Məşqçilərin akkreditasiyası isə daha əvvəl bitmişdi. Həm də büdcə qıtlığı çəkən Qırğızıstan uğuruna inanmadığı boksçuya əlavə xərc çəkmək istəməmişdi.

Kult.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev qeyd edib.

O, qırğız boksçunun film kimi hekayəsini bu cür anladıb:

“Kasıb boksçu Oş şəhərinə 7 km aralı olan yataqxanada yaşayır, qış aylarında isə yataqxana çox soyuq olduğu üçün məcbur kirayə qalır. Qırğızıstan Olimpiya Komitəsi Munirbəkə o qədər inanmır ki, hətta ona geri dönüş bileti də alırlar, 1/4 finaldan əvvəl. Munirbək təcrübəsiz idi, rəqibləri təcrübəli. Və məşqçisiz.

Ancaq türk qardaşları boksçunu yalnız qoymur. Özbəkistan məşqçisi və özbək boksçu ona kömək edir, məşqçi və sekundant kimi. Onlar əvvəlki yarışdan Munirbəki tanıyırdılar və onu döyüşə tək buraxmırlar. Hətta qazax qardaşlarımız da əlindən gələni edir.

Və sürpriz. Munirbək finala kimi gedir. Düz finala çıxır, artıq ya qızıl, ya da gümüş medal alacaq.

Finalda rəqibi isə ona kömək edən özbək boksçu və onun məşqçisidir. Artıq Munirbəkin məşqçisi yoxdur. Çünki özbək məşqçi Özbəkistan komandasını qoyub, ona kömək edə bilməz.

Munirbək ilk dəfə məğlub olur. Məşqçisiz və köməkçisiz çıxdığı ilk döyüşü uduzur - öz özbək məşqçisinə və köməkçisinə.

Ancaq Munirbək yenə də sevinir. O, axı məşqçisiz öz məşqçisinə, köməkçisiz öz köməkçisinə məğlub olub. Və Qırğızıstan Olimpiya tarixinə düşüb, öz gümüş medalı ilə.

Qırğızıstan əhalisi 1 aydı Parisdə yaşayan, amma boks məşqçisi aparmayan idman nazirini söyür. Amma bütün bunlar bu hekayənin fonunda çox əhəmiyyətsiz görünür”.

Oxuməni.az