Monqolustanlı idmançı Parisdə keçirilən Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb

Monqolustanlı idmançı Parisdə keçirilən Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb

30 Avqust 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Monqolustan para-taekvondo idmançısı SURENJAV Ulambayar Parisdə keçirilən Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Parisdə keçirilən Paralimpiya Oyunlarının ilk günündə Monqolustan yığmasının üzvü SURENJAV Ulambayar (52 kq) para taekvondo üzrə qızıl medal qazanıb.

Qızıl uğrunda mübarizədə Surencav İran idmançısı Zara Rəhimini məğlub edib.

Üçüncü yer uğrunda görüşdə gürcü para-idmançı hakimlərin qərarı ilə Misirdən olan rəqibinə qalib gəlib.

O, Paralimpiya Oyunlarında medal qazanan ilk Monqolustan idmançısıdır.

Surenjav 2000-ci ildə Zavxan vilayətinin Tosontsengel sumunda (oymağında-rayonunda) anadan olub. Onun 24 yaşı var.

2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya Oyunları avqustun 28-də açılıb və turnir sentyabrın 8-də başa çatacaq. Oyunlarda altı idman növü üzrə 12 para-idmançı iştirak edir.

Oxuməni.az