“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri bəlli olub

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri bəlli olub

30 Avqust 22:12
Bəyəndim (14) Bəyənmədim (0)


Monakoda, Avropa Liqasının əsas mərhələsində Azərbaycanın “Qarabağ” futbol
klubunun rəqiblərini müəyyənləşdirən püşkatma mərasimi keçirilib.Qurban Qurbanovun
komandası "Tottenhem" (İngiltərə), "Ayaks" (Hollandiya), "Olimpiakos" (Yunanıstan), "Lion"
(Fransa), "Malmö" (İsveç), "Bodo-Qlimt" (Norveç), FCSB (Rumıniya) və "Elfsborq" (İsveç)
kimi klublarla qarşılaşacaq.
“Qarabağ” səfərdə “Tottenhem”, “Olimpiakos”, “Bodo-Qlimt” və “Elfsborq”la, evdə isə
“Ayaks”, “Lion”, “Malmö” və FCSB ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsində 36 komanda mübarizə aparacaq.Onların hər
biri səkkiz oyun keçirəcək - dördü evdə, dördü isə səfərdə.Bu mərhələdən ən yaxşı səkkiz
komanda 1/8 finala yüksələcək.9-24-cü yerləri tutan klublar turnirdə iştirakını davam etdirmək
hüququ üçün pley-offda mübarizə aparacaqlar.Bundan sonra püşkatma adi pley-off formatında
keçiriləcək.25-ci və ya daha aşağı yerləri tutan komandalar üçün avrokubok mövsümü başa
çatacaq.
Keçiriləcək oyunların təqvimi UEFA tərəfindən qarşıdakı günlərdə müəyyənləşəcək.