Əfsanəvi basketbolçu Kobi Brayant helikopter qəzasında ölüb + VİDEO

Əfsanəvi basketbolçu Kobi Brayant helikopter qəzasında ölüb + VİDEO

27 Yanvar 2020 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Əfsanəvi basketbolçu Kobi Brayant ölüb.

Oxuməni.az Apasport.az saytına istinadən bildirir ki, Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı helikopter qəzasında həyatını itirib.

41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Helikopterin yerə çırpılması nəticəsində yanğın baş verdiyi bildirilir.

Qeyd edək ki, karyerasını 2016-cı ildə başa vuran K.Brayant karyerası ərzində yalnız bir klubda – “Los-Anceles Leykers”də oynayıb. 5 dəfə MBA çempionu olan basketbolçu yarışın tarixində ən çox xal toplayan 4-cü bombardirdir.

Məlumat üçün bildirək ki, qəzada həlak olanlarla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Los-Anceles Şerifi Aleks Villanuevanın sözlərinə görə, helikopterdə 9 nəfər olub və onalrın hamısı ölüb.

Oxuməni.az