Kriştiano Ronaldonun daha bir uğuru: 200 milyonu keçdi

Kriştiano Ronaldonun daha bir uğuru: 200 milyonu keçdi

30 Yanvar 2020 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo karyerasından əlavə, sosial mediadakı uğurları ilə də öndədir.

Oxuməni.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu “Instagram”da 200 milyon izləyiciyə çatan ilk məşhur olub. Bunu bir paylaşımla qeyd edən futbolçu: “Vay 200 milyon! Bu yolu hər gün mənimlə paylaşdığınız üçün hər birinizə təşəkkür edirəm”, - deyərək izləyicilərinə minnətdarlıq edib.

Qeyd edək ki, “Forbes”in xəbərinə görə, Kriştiano Ronaldo “Instagram”dan təxminən il ərzində 47,8 milyon dollar pul qazanır.

Oxuməni.az