Premyer Liqa təmsilçisi  Odion İqalonu icarəyə götürüb

Premyer Liqa təmsilçisi Odion İqalonu icarəyə götürüb

1 Fevral 2020 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin “Mançester Yunayted” klubu heyətinə daha bir futbolçu qatıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Premyer Liqa təmsilçisi nigeriyalı Odion İqalonu icarəyə götürüb.

30 yaşlı hücumçu müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsusdur. O, cari mövsümün sonunadək Mançester təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, İqalo ötən mövsüm 19 oyunda 10 qol vurub.

Oxuməni.az