Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması keçiriləcək

Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması keçiriləcək

19 Noyabr 2020 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Qətərdə 2022-ci ildə təşkil ediləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma səbətləri müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, dekabrın 7-də baş tutacaq püşkatmada komandalar 6 səbətə bölünəcək. Belə ki, bu səbətlərin beşində 10, birində isə 5 yığma olacaq. Noyabrın 26-da açıqlanacaq FIFA reytinqinə əsasən, səbətlər rəsmiləşəcək. Onu da qeyd edək ki, artıq reytinqlə bağlı təxminlərə əsasən, səbətlər məlumdur.

Azərbaycan yığması 5-ci səbətdədir.

Birinci səbətdə Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland, ikinci səbətdə İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya, üçüncü səbətdə Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya, dördüncü səbətdə Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq, beşinci səbətdə Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra, altıncı səbətdə Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, Ermənistan, San-Marino yer alıblar.

Oxuməni.az