FİFA-nın təsis etdiyi “İlin futbolçusu” mükafatına namizədlər açıqlanıb

FİFA-nın təsis etdiyi “İlin futbolçusu” mükafatına namizədlər açıqlanıb

25 Noyabr 2020 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA-nın təsis etdiyi “İlin futbolçusu” mükafatına namizədlər açıqlanıb.

Oxuməni.az-ın yerli mətbuata əsasən məlumatına görə, siyahıda 11 futbolçu yer alıb.

Bunlar Kriştiano Ronaldo, Tyaqo Alkantara, Kevin de Breyne, Robert Levandovski, Sadio Mane, Lionel Messi, Killian Mbappe, Neymar, Serxio Ramos, Məhəmməd Salah və Vircil van Deykdir.

İlin baş məşqçisi adına namizədlər də bəlli olub. Bu mükafata Marselo Byelsa, Hans-Diter Flik, Yurgen Klopp, Xulen Lopeteqi və Zinəddin Zidan iddia edir.

Qeyd edək ki, mükafatlandırma dekabrın 17-də onlayn formatda keçiriləcək.

Oxuməni.az