“Yuventus” evdə ağır məğlubiyyətə uğradı

“Yuventus” evdə ağır məğlubiyyətə uğradı

23 Dekabr 2020 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya A Seriyasında 14-cü tura start verilib.

Oxuməni.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Adlı-sanlı klublardan olan “Yuventus” gözlənilmədən evdə “Fiorentina”ya 0:3 hesabı ilə uduzub. Oyundan dərhal sonra "Yuventus"un oyunu satdığı barədə çoxsaylı iddialar ortaya atılıb. Xatırladaq ki, vaxtı ilə oyunalma və satmaya görə "Yuventus" ağır şəkildə cəzalandırılaraq aşağı liqaya göndərilmişdi...

Autsayder “Krotone” doğma meydanda “Parma”nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

22 dekabr

"Krotone" – "Parma" - 2:1

Qollar: Messias, 24, 44 – Kuçka, 57

"Yuventus" – "Fiorentina" - 0:3

Qollar: Vlahoviç, 3. Sandro, 76-avtoqol, Kaseres, 81