Premyer Liqa tarixinin ən yaxşı transferı Ronaldu olub

Premyer Liqa tarixinin ən yaxşı transferı Ronaldu olub

26 Dekabr 2020 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə İngiltərə Premyer Liqası tarixinin ən yaxşı transferləri bəlli olub.

Oxuməni.az xəbər verir ki, hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun 2003-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Mançester Yunayted"ə keçidi birinci pillədə yer alıb.

1999-cu ildə "Yuventus"dan "Arsenal"a transfer olan Tyerri Anri ikinci, 1992-ci ildə "Lids Yunayted"i "Mançester Yunayted"ə dəyişən Erik Kantonanın keçidi isə üçüncü sıranı tutub.

Qeyd edək ki, "Mançester Yunayted" Ronaldunu 19 milyon avroya transfer etmişdi. O, 2009-cu ildə İspaniyanın "Real Madrid" klubuna, 2018-ci ildə isə "Yuventus"a keçib.

Oxuməni.az