Türkiyə Super Liqasında lider dəyişib

Türkiyə Super Liqasında lider dəyişib

3 Yanvar 2021 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Super Liqasında XVI tur start götürüb.

Oxuməni.az xəbər verir ki, 2021-ci ilin ilk oyun günündə “Qalatasaray” evdə “Antalyaspor”un müqavimətini qıra bilməyib və nəticədə İstanbul təmsilçisi liderliyi əldən verib.

“Sarı-qırmızılar”ın izləyicilərindən “Alanyaspor” son çempion “Başakşəhər” üzərində darmadağınla qələbə qazanaraq yenidən liderliyə yüksəlib. Mövsümün digər sürpriz komandası “Qaziantep” Ərzurumda gözlənilmədən xal itirib.

“Konyaspor” üzərində qələbə qazanan “Hatayspor” da liderlər qrupundakı mövqeyini möhkəmlədib. “Sivasspor” öz meydanında “Dənizlispor”la sülhə imza atıb. “Yeni Malatyaspor”u qəbul edən “Ankaragücü” 3 xalı üç qolla qazanıb.

Qeyd edək ki, tura yanvarın 4-də yekun vurulacaq.

Oxuməni.az