"McLaren” komandasının üzvü Lando Norris koronavirusa yoluxub

"McLaren” komandasının üzvü Lando Norris koronavirusa yoluxub

6 Yanvar 2021 09:10
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış Formula-1 (F1) pilotu, “McLaren” komandasının üzvü Lando Norris koronavirusa yoluxub.

Oxuməni.az xəbər verir ki, F1 pilotu bu barədə öz İnstaqram səhifəsində yazıb.

“Mən dad və iybilmə qabiliyyətimi itirmişəm. Dərhal özümü təcrid edib, test verdim. Testin nəticəsi müsbət çıxdı. Özünüzü qoruyun”, - deyə Norris bildirib.

Norrisin həyatı hələlik təhlükədə deyil. Həkimlərin fikricə koronavirusun ağır nəticələri yaxın bir neçə gündə Norrisdə özünü göstərə bilər. Hər şey Norrisin immunitetinin xəstəliyə necə müqavimət göstərməsindən asılı olacaq.

Oxuməni.az