Türkiyənin “Beşiktaş” klubu bir neçə futbolçusu ilə yollarını ayıracaq

Türkiyənin “Beşiktaş” klubu bir neçə futbolçusu ilə yollarını ayıracaq

9 Yanvar 2021 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin “Beşiktaş” klubu bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Bununla bağlı Oxuməni.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, başda xorvatiyalı hücumçu Mario Mandzukiç olmaqla bir neçə oyunçu ilə güclənməyi planlaşdıran İstanbul nəhəngi boş yer açmaq üçün 6 nəfərlə vidalaşmağı düşünür.

Heyətdən kənarda qalan Nikolas İsimat-Mirin, Duqlas və Cermeyn Lansın yola salınacağı artıq dəqiqdir. Həmçinin Adəm Lyayiç və yeni müqaviləyə razılıq verməyən Dorukhan Toközün satılması, Aydin Hasiçin isə icarəyə verilməsi nəzərdən keçirilir.

Oxuməni.az