Messi "Qranada" ilə oyunda dubl edib

Messi "Qranada" ilə oyunda dubl edib

10 Yanvar 2021 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Qranada" ilə İspaniya La Liqasının XVIII tur matçında dubl edən "Barselona"nın futbolçusu Lionel Messi növbəti tarixi nailiyyətə imza atıb.

Oxuməni.az-ın məlumatına görə, argentinalı hücumçu son 15 mövsümdə 10 və daha çox qol vuran yeganə oyunçuya çevrilib.

Səfər qarşılaşması Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.Kapitan 35-ci və 42-ci dəqiqələrdə fərqlənib. Digər iki qolu isə Antuan Qrizmann 12-ci və 63-cü dəqiqələrdə vurub.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Komanda 18 turdan sonra 3-cü pillədə qərarlaşıb.

Oxuməni.az