Mesut Özilin "Fənərbağça"ya keçidi baş tuta bilər

Mesut Özilin "Fənərbağça"ya keçidi baş tuta bilər

14 Yanvar 2021 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

"Arsenal" futbol komandasının yarımmüdafiəçisi Mesut Özil klubdan getmək üçün maaşından imtina etməyə hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə “The Athletic” bildirib.

Məlumata görə, futbolçu müqavilənin sonuna qədər 7,8 milyon avro qazanmalıdır. Komandanın rəhbərliyi anlayıb ki, Özil "Fənərbağça"ya keçsə, maaşının hər hansı hissəsini almaq istəmir. Futbolçu özü qışda klubu tərk etmık üçün maaşdan imtina etməyə hazırdır.

Özilin "Arsenal"la müqaviləsi iyunda başa çatacaq. Futbolçunun həftəlik maaşı demək olar, 395 min avro təşkil edir. Özil London "Arsenal"ında 2013-cü ildən çıxış edir, ancaq 2020-ci ilin martından oynamır. Mesut hətta İngiltərə Premyer Liqasının mövsümün birinci hissəsinə "Arsenal"ın əsas heyətinə daxil edilməyib. Futbolçu son həftələr əsas heyətdən ayrı məşq edirdi.

Daha əvvəl bildirilirdi ki, Özil "Fənərbağça"ya keçidə yaxındır.

Oxuməni.az