Messi klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb

Messi klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb

18 Yanvar 2021 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi 4 oyunluq cəzalandırıla bilər.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, buna 34 yaşlı hücumçunun ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurması səbəb olub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.