Mahir Emreli Polşa klubundan  200 000 avro istəyir

Mahir Emreli Polşa klubundan 200 000 avro istəyir

20 Yanvar 2021 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın "Zaqlembe" klubu "Qarabağ"ın futbolçusu Mahir Emreliyə sərfəli müqavilə təklif edib.

Oxuməni.az xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Kozminski özünün tvitter hesabında yazıb.

Həmkarımız Emreliyə təklif olunan məbləği göstərməsə də, 25 yaşlı hücumçunun qarşı tərəfdən illik 200 000 avro məvacib istədiyini iddia edib.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var.

Oxuməni.az