Kavani “Mançester Yunayted”in heyətində yeni rekord müəyyənləşdirib
İngiltərə Premyer Liqasının XVIII turunda “Fulhem”in qonağı olan “Mançester Yunayted” 2:1 hesablı qələbə qazanıb.
Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Edinson Kavani komandasının ilk qolunu vurmaqla tarixə düşüb. 21-ci dəqiqədə fərqlənən kolumbiyalı forvard “mankunianlar”ın heyətində ilk 4 qolunun hamısına səfərdə imza atmaqla yeni rekord müəyyənləşdirib.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 40 xalla Premyer Liqaya başçılıq edir. Kavani mançesterlilərə mövsümün əvvəlində PSJ-dən keçib.
Digər xəbərlər











































.jpg)
.jpg)






.jpg)



















.jpg)


















