UEFA AVRO-2020-nin təşkili üçün 4 ssenarini nəzərdən keçirir

UEFA AVRO-2020-nin təşkili üçün 4 ssenarini nəzərdən keçirir

22 Yanvar 2021 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA AVRO-2020-nin təşkili üçün 4 ssenarini nəzərdən keçirir.

Oxuməni.az xəbər verir ki, variantlardan biri təşkilatçı şəhərlərin sayının 10-a endirilməsidir. Bu halda iki şəhər ixtisara düşəcək. Daha radikal ixtisarların mümkünlüyü bildirilir. İkinci ssenari 5 təşkilatçı ölkə, üçüncü variant kimi iki ölkəli model planlaşdırılır.

İndiyədək UEFA yalnız AVRO-2012-ni iki ölkədə - Polşa və Ukraynada keçirib. Dördüncü variant isə ötən yay Avropa Liqasında olduğu kimi çempionatın yalnız bir ölkədə gerçəkləşməsidir. Bu baxımdan Almaniyanın Şimali Reyn-Vestfaliya yarış məkanı kimi müzakirə olunur. London (İngiltərə), Vyana (Avstriya) və Lissabon (Portuqaliya) digər alternativ şəhərlərdir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxuməni.az