Ronaldo 6 milyon dollardan imtina etdi

Ronaldo 6 milyon dollardan imtina etdi

23 Yanvar 2021 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

“Yuventus”un hücumçusu Kriştianu Ronaldoya Səudiyyə Ərəbistanından təklif gəlib.

Oxuməni.az xəbər verir ki, 35 yaşlı hücumçuya ölkənin turizm məkanlarını reklam etmək üçün 6 milyon dollar təklif edilib. Portuqaliyal oyunçu isə bunu istəməyib. Belə ki, Ronaldo razılıq verəcəyi təqdirdə ölkəni ziyarət etməli idi. Həmin təklif “Barselona”nın kapitanı Lionel Messiyə də edilib və argentinalının cavabı gözlənilir.

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino da bu yaxınlarda futbolçuları Səudiyyə Ərəbistanını gəzməyə çağırıb.