“Barselona”nın ümumi borcu 1,173 milyard avroya çatıb

“Barselona”nın ümumi borcu 1,173 milyard avroya çatıb

26 Yanvar 2021 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın “Barselona” futbol klubunun ümumi borcu 1,173 milyard avroya çatıb.

Oxuməni.az İspaniya mətbuatına istinadla xəbər verir ki, kataloniyalıların 2020-ci il üçün kluba olan borcları çıxmaqla xalis itkisi 488 milyon avrodur. Transferlərə görə, “Barselona”nın digər klublara cəmi 322 milyon avrodan çox borcu var.

Əməkhaqları klubun xərcləri arasında ən böyük yeri tutur. Belə ki, klubun büdcəsinin 74 faizi məhz əməkhaqlarının ödənməsinə sərf olunur.