Lukaku İbrahimoviçi “fahişə oğlu" adlandırıb

Lukaku İbrahimoviçi “fahişə oğlu" adlandırıb

27 Yanvar 2021 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya kubokunun 1/4 final mərhələsinin “İnter” – “Milan” matçında (2:1) Romelu Lukaku ilə Zlatan İbrahimoviç arasındakı qalmaqalın səbəbi bəlli olub.

Oxuməni.az xəbər verir ki, ilk hissəsin sonlarında “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.

“Sportmediaset” saytı bildirib ki, Zlatan Lukanın ünvanına bu təhqiramiz ifadəni işlədib: "Get p..nu ye, eşşək”. Cavabında Lukaku İbrahimoviçi “fahişə oğlu" adlandırıb.

Qeyd edək ki, baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Oxuməni.az