Mahir Emreli "Qarabağ"dan ayrılmağa qərar verib.

Mahir Emreli "Qarabağ"dan ayrılmağa qərar verib.

29 Yanvar 2021 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Mahir Emrelinin gələcək perspektivinə böyük ölçüdə aydınlıq gəlib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, millinin hücumçusu 6 ildir formasını geyindiyi "Qarabağ"dan ayrılmağa qərar verib.

Klub rəhbərldyi ilə görüşən 23 yaşlı forvard artıq legioner həyatı yaşamaq istədiyini, bu üzdən yayda bitəcək sözləşməsini uzatmaq fikrində olmadığını bildirib. Türkiyə, Belçika, Avstriya və Polşadan təkliflər alan Mahir daha sərfəli şərtlər qarşılığında ölkə xaricinə yollanmağın karyerasının inkişafı baxımından əhəmiyyətli olduğunu söyləyib.