"Pari Sen-Jermen" futbol komandasının iki oyunçusunda koronavirus aşkarlanıb

"Pari Sen-Jermen" futbol komandasının iki oyunçusunda koronavirus aşkarlanıb

30 Yanvar 2021 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Pari Sen-Jermen" futbol komandasının yarımmüdafiəçisi Marko Verratti və müdafiəçi Abdu Diallo koronavirusa yoluxublar.

Oxuməni.az-ın məlumatına görə, bu barədə “Get French Football News” bildirib.

Qeyd edilir ki, hər iki oyunçunun son COVID-19 testlərinin nəticəsi müsbət olub.

PSJ 21 matçda 45 xal yığaraq Fransa çempionatının yarış cədvəlində birinci yer tutur. “Parislilər” əvvəlki matçda "Monpelye"ni 4:0 hesabı ilə darmadağın edib.

PSJ sabah Birinci Liqanın 22-ci turunun matçında səfərdə "Loryan"la qarşılaşacaq.