Avropada son 10 ilin ən güclü futbolçuları müəyyənləşib

Avropada son 10 ilin ən güclü futbolçuları müəyyənləşib

4 Fevral 2021 08:55
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada son 10 ilin rəmzi komandasını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, ən yaxşı "11-lik"də Almaniyanın "Bavariya" və İspaniyanın "Real Madrid" klubundan 3 futbolçu yer alıb.

Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya)

Müdafiəçilər: Filip Lam (Almaniya, karyerasını bitirib), Serxio Ramos ("Real Madrid", İspaniya), Vircil van Diyk ("Liverpul", İngiltərə), Leonardo Bonuççi ("Yuventus", İtaliya)

Yarımmüdafiəçilər: Toni Kroos ("Real Madrid"), Andres İnyesta ("Vissel Kobe", Yaponiya), Luka Modriç ("Real Madrid") Kevin de Brüne ("Mançester Siti", İngiltərə)

Hücumçular: Kristiano Ronaldo ("Yuventus" İtaliya), Robert Levandovski ("Bavariya" Almaniya).