"Ayaks"ın əsas qapıçısı dopinqə görə 1 illik cəza aldı

"Ayaks"ın əsas qapıçısı dopinqə görə 1 illik cəza aldı

5 Fevral 2021 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Niderlandın "Ayaks" klubunun əsas qapıçısı Andre Onanaya 12 aylıq cəza verilib.

Oxuməni.az xəbər verir ki, 25 yaşlı kamerunlu qapıçı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılb.

Oktyabrın 30-da qapıçıdan götürülmüş sidik nümunəsində furosemid aşkarlanıb. Onananın cəzası bu gündən qüvvədədir və həm milli, həm də klub yarışları üçün keçərlidir.

Qeyd edək ki, Andre Onana 2016-cı ildən "Ayaks"da çıxış edir.