“Barselona”nın eks prezidenti Bartomeu həbs edilib

“Barselona”nın eks prezidenti Bartomeu həbs edilib

1 Mart 2021 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona”da xoşagəlməz hadisə yaşanıb.

Oxuməni.az xəbər verir ki, polis klubun ofisində axtarış aparıb. Hüquq-mühafizə orqanının bir neçə əməkdaşı iş günü başlayandan "Barselona”nın ofisindədir. Axtarışların səbəbi açıqlanmır. Ehtimal edilir ki, buna səbəb La Liqa təmsilçisinin sosial şəbəkələrdəki fəaliyyətidir. Son məlumatlara görə, "Barselona"nın eks-prezidenti Josep Maria Bartomeu polislər tərəfindən saxlanılıb. Buna səbəb kimi onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi göstərilir. Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılıb.

Qeyd edək ki, martın 7-də "Barselona”da yeni prezident seçkiləri keçiriləcək.

Oxuməni.az