Dünya çempionumuzun növbəti möhtəşəm qələbəsi

Dünya çempionumuzun növbəti möhtəşəm qələbəsi

15 Mart 2021 13:56
Bəyəndim (2) Bəyənmədim (0)

Ötən gün Ukraynanın Rovno şəhərində MMA idman növü üzrə növbəti çempionat keçirilib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, çempionatda iştirak edən idmançımız, Dünya və Avropa çempionu Orxan Kərimov çempionatda növbəti uğuru ilə ölkəmizi layiqincə təmsil edib. Belə ki, idmançımız özündən həm çəki, həm də boyca üstün ukraynalı idmançı Yuriy Qliba ilə döyüşüb və qalib gəlib. Bayrağımızı növbəti dəfə qürurla dalğalandıran idmançımız rinqə “candı şəhid” mahnısı sədaları ilə çıxmış və çıxışında qalibiyyətini Qarabağda şəhid olmuş qardaşlarımıza həsr etdiyini bildirmişdir. Qeyd edək ki, Orxan Kərimov özü də ikinci vətən müharibəsinin iştirakçısı olmuş və Kəlbəcərdə, Şuşada, Suqovuşanda layiqincə xidmət etmişdir.

İdmançımıza bu qürurverici addımlarından dolayı təşəkkür edir və uğurlar arzulayırıq. Bu vətən sizin kimi oğullarla fəxr edir. Yolunuz daim açıq olsun!

İsa Rəvan