Avropa Liqasının cavab oyununda qalmaqal baş verib

Avropa Liqasının cavab oyununda qalmaqal baş verib

19 Mart 2021 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları qalmaqalla başa çatıb.

Oxuməni.az-ın məlumatına görə, Çexiyanın “Slaviya” klubunun futbolçusu Ondrey Kudela qarşılaşmadan sonra döyülüb.

Hadisə “Reyncers”lə Şotlandiyadakı qarşılaşmadan sonra yaşanıb. Müdafiəçi tribunaaltı məkanda naməlum şəxslər tərəfindən döyülüb. “Slaviya” 2:0 hesablı qələbədən sonra polislərin müşayiəti ilə stadionu tərk edərək otelə yollanıb.

Qlazqo təmsilçisinin baş məşqçisi Stiven Cerrard bunun irqçiliklə bağlı olduğunu bəyan edib. O bildirib ki, Kudela oyun zamanı Qlen Kamaranı irqçilik zəminində təhqirlərə məruz qoyub.