Ronaldo Azərbaycanla oyuna ruh yüksəkliyi  ilə çıxacaq

Ronaldo Azərbaycanla oyuna ruh yüksəkliyi ilə çıxacaq

19 Mart 2021 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş bildirib ki, Kriştiano Ronaldo DÇ-2022-nin gələn həftə başlanacaq oyunlarında "super motivasiyada" olacaq.

Oxuməni.az xəbər verir ki, 66 yaşlı mütəxəssis “Yuventus”un ÇL-dən erkən vidalaşması səbəbindən Ronaldoya yönələn tənqidlərə münasibət bildirib. O, bu durumun milliyə mənfi təsirinin mümkünlüyünə dair suala cavabında deyib: “Kriştiano həmişə yüksək motivasiyadadır. Söhbət az, yaxud çox qol vurmaqdan getmir. Mən əminəm ki, o, millinin uğurları üçün qarşıdakı görüşlərə də həmişəki iddia ilə gələcək”.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-ü Azərbaycan, martın 27-də Belqradda Serbiya, martın 30-da isə səfərdə Lüksemburqla qarşılaşacaq.

Oxuməni.az